M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan 129 km-lik hissəsində yeni nişanlar quraşdırılıb.
1xeber.media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Elxan Yusifli məlumat paylaşıb.
O bildirilib ki, ödənişli yolda 3,5 tonadək çəkisi olan avtomobillər üçün saatda 130 kilometr sürət limitini göstərən nişanlar quraşdırılıb. Bu da artıq sürücülərin həmin nişanın tələbinə uyğun hərəkət edə biləcəyini göstərir.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.
Xatırladaq ki, Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir.