Вернуться назад Распечатать

Rusiyada təyyarə qəzasında 2 nəfər həlak oldu

Rusiyanın Omsk vilayətində “Aeropraktik-22” yüngülmühərrikli təyyarə qəzaya düşüb.

1xeber.media xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Məlumata görə, Koşkarevo kəndi yaxınlığında baş vermiş hadisə nəticəsində 2 nəfər həlak olub.

Qəzanın səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb.