Вернуться назад Распечатать

Putin seçilməmiş prezidenti təbrik edib

 

Ermənistan Parlamentinin spikeri Alen Simonyan keçmiş siyasi sistemi tənqid edib.

1xeber.media Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

O bildirib ki, 2018-ci ilə qədər ölkədə siyasi proseslərin müstəqilliyi sual altında olub:

“Həmin zaman seçkilərin saxtalaşdırıldığı deyilirdi. Rusiya Ermənistandakı seçkinin nəticələri açıqlanmamış (Serj Sərkisyanı – red.) təbrik edir, bu da siyasi proseslərə xarici təsirin olduğu barədə iddiaları gücləndirirdi. Ümumi siyasi qərarların kənar təsirlərlə formalaşdığı bildirilirdi”.

Qeyd edək ki, 2018-ci ildə Serj Sərkisyan prezidentlikdən sonra baş nazir oldu, amma etirazlar səbəbindən istefa verdi və Nikol Paşinyan hakimiyyətə gəldi.