Вернуться назад Распечатать

Azərbaycanla İtaliyanın dostluğu bundan sonra da inamla davam etdiriləcəkdir

Beynəlxalq münasibətlər siyasi münasibətlər əsasında formalaşır. Siyasi münasibətlər qarşılıqlı
ehtiramdır, inamdır, iqtisadi əlaqələrdir. Dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycanla dünyanın
əksər dövlətlərinin ikitərəfli, çoxtərəfli əlaqələri vardır və bu əlaqələr müxtəlif müstəvilərdə
genişlənməkdədir. Qarşılıqlı əlaqələr qarşılıqlı rəsmi səfərlərlə daha da inkişaf etdirilir. Belə
dövlətlərdən biri də İtaliya Respublikasıdır. 
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin mayın 4-də Azərbaycana səfəri iki
dövlət arasında münasibətlərin genişləndirilməsi baxımından dəyərləndirilməlidir. Səfər zamanı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında bu görüşün həm siyasi, həm
də iqtisadi əhəmiyyətini vurğulayaraq Azərbaycanla İtaliyanın strateji tərəfdaş olduğunu, 2014-cü və
2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalandığını bildirərək dedi: “Bizim
münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün
həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya
əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün
Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi
məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş
münasibətin bariz təzahürüdür. Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir...”.
Tərəfdaşlıq geniş anlayışdır. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq da geniş sahələri əhatə
edir. Bu baxımdan dövlət başçımız İtaliya ilə Azərbaycan arasında ticarət əlaqələrinin yaxşı olduğunu,
keçən il ticarət dövriyəmizin 12 milyard dolları haqladığını, tərəfdaşlığın əsas istiqamətlərindən birinin
energetika sahəsini əhatələdiyini, Azərbaycanın İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci
yerdə olduğunu da bildirərək dedi ki, ““Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib,
onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu
həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi
olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu
proses davam etdirilməlidir”.
Son illərdə dünya miqyasında baş verən hadisələr müxtəlif regionlarda sülhə təhdidlər,
ədalətsiz müharibələr, anlaşılmazlığın böyüyüb müharibəyə çevrilməsi və s. bütün dövlətləri
düşündürür. Heç bir dövlət belə hadisələrdən sığortalanmayıb. Bu səbəbdən hər dövlət özünün
təhlükəsizliyinin təmin olunması üçün gərəkli, zəruri tədbirlər görür. Belə tədbirlərdən biri də hərbi-
texniki əməkdaşlıqdır. Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin
Azərbaycan səfərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında iki
dövlət arasında hərbi-texniki əməkdaşlığın ümidverici olduğunu da bildurərək qeyd etdi ki, birgə
layihələr həyata keçiriləcək, İtaliya bazarına Azərbaycanın marağı olduğu üçün İtaliya texnologiyaları
ilə Azərbaycanın maliyyə vəsaitinin birləşdirilməsi haqqında konkret ideyalar vardır: “İtaliya iqtisadiyyatı
xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il
ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni
layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur; - Əlbəttə ki, İtaliya şirkətlərinin
Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var”. 
İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlığın genişləndiyini vurğulayan
dövlət başçımız dedi: “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır.
Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən
məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar
mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar...”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 4-də İtaliya Respublikası
Nazirlər Şurasının sədri Ciocia Meloninin Azərbaycana səfərində qətiyyətlə dediyi kimi, “...bizim
dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”...
Elvin Rzayev,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri