Вернуться назад Распечатать

İran ABŞ-ın 14 maddəlik sülh təklifini nəzərdən keçirir

İran ABŞ-ın təklifini nəzərdən keçirir.

1xeber.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O bildirib ki, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonun qarşıdakı 48 saat ərzində bir neçə əsas məsələ ilə bağlı Tehrandan cavab gözləməsi barədə məlumat yayılıb.