Вернуться назад Распечатать

Rusiya Ukraynanın bu şəhərlərini vurdu: ölənlər var

Rusiya ordusu Ukraynanın Xarkov, Xerson, Sum, Dnepr və Zaporojye vilayətlərinə hücum edib, 7 nəfər həlak olub, 47 nəfər yaralanıb.

1xeber.media Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat yayıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, son sutka ərzində Xarkov və vilayətin daha 15 yaşayış məntəqəsi zərbələrə məruz qalıb. Nəticədə 8 mülki şəxs xəsarət alıb.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin isə Rusiya qoşunlarının Xerson vilayətini atəşə tutduğunu, nəticədə 12 nəfərin yaralandığını bildirib.

Sum vilayəti polisinin məlumatına görə, son sutka ərzində Rusiyanın zərbələri nəticəsində vilayətdə 5 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Dnepr Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanjanın sözlərinə görə, Rusiya qoşunları Dnepr vilayətinin beş rayonuna hücum edib, 4 nəfər xəsarət alıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov qeyd edib ki, sutka ərzində Rusiya qoşunları 50 yaşayış məntəqəsinə təxminən 800 zərbə endirib. Nəticədə 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.