Qeyri-iş günləri ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik edilir.
1xeber.media xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, 9 və 11 mayda “28 May-Əhmədli” və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.
“Bənövşəyi xətdə həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq. “Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.
İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq”, - məlumatda deyilir.