1xeber.media xəbər verir ki, Avropa Komissiyasının (AK) sözçüsü Ənvər Əl-Anuni Reuters agentliyinin məlumatına görə, Avropa Birliyi (AB) ölkələri diplomatlarını 9 maydan əvvəl Kiyevdən təxliyə etməyəcəklərini açıqlayıb.
O, brifinq zamanı jurnalistlərin sualına cavab olaraq bildirib: "AB öz mövqeyini və ya [diplomatlarının] Kiyevdəki varlığını dəyişdirmək niyyətində deyil. Biz heç nəyi dəyişdirmirik".
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bütün akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə personalının Kiyevdən vaxtında təxliyəsini təmin etmələrini tələb edən nota göndərmişdi.
Nazirlik qeyd edib ki, Ukrayna 9 may Qələbə Günündə Moskvaya zərbə endirməklə hədələyir.
Sonrakı açıqlamada Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, belə bir halda Kiyevdəki qərar qəbuletmə mərkəzlərinə qarşı qaçılmaz cavab zərbəsi endiriləcək.