Вернуться назад Распечатать

Tramp dedi ki, bu ölkəyə hücum olmayacaq - Silva

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı silahlı hücum və ya ölkəyə tammiqyaslı müdaxilə ehtimalını nəzərdən keçirmir.

1xeber.media xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luis Lula da Silva Vaşinqtonda amerikalı həmkarı ilə danışıqlardan sonra bildirib.

"Əgər onun sözlərinin tərcüməsini düzgün başa düşmüşəmsə, Tramp deyib ki, o, Kubaya hücum etməyi düşünmür. Bu, Kuba üçün vacib bir mesajdır”, - o deyib.

Qeyd edək ki, ötən Trampla Silva arasında Ağ Evdə görüş baş tutub.