Вернуться назад Распечатать

Parisdə əllərindən alınan övladları geri qaytarıldı - Foto

Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın əllərindən alınan övladları ailəyə qaytarılıb.

1xeber.media Oxu.az-a istinadla xəbər verir ki, bu barədə G.Abdullayeva sosial şəbəkədə paylaşım edib.

"Şükürlər olsun ki, hər şey məhkəmədə sübut olundu, uşaqlarımızı geri aldıq", - o qeyd edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin avqustunda Fransada baş verib. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıb. Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.