Вернуться назад Распечатать

Qroznıya PUA hücumu edildi

Çeçenistan Respublikasının Qroznı şəhərinə PUA hücumu edilib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Şəhərdə partlayış səslərinin eşidildiyi bildirilib.

***

Qroznıya PUA hücumu zamanı Rusiyanın regiondakı ən böyük hərbi bazasına zərbə endirilib.

Bu barədə ASTRA Teleqram kanalı məlumat yayıb.

Ən azı iki partlayışın baş verdiyi bildirilib.

Zərbələrdən biri Rusiya hərbi bazasının və 42-ci Motoatıcı Diviziyasının qərargahının yerləşdiyi Xankala rayonu ərazisinə düşüb.

Digər zərbə isə dəmiryolu vağzalının yaxınlığında, Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasının yerləşdiyi əraziyə endirilib.