Вернуться назад Распечатать

Bu ölkə rus dilindən istifadəni məhdudlaşdırdı

Moldova parlamenti iclaslar zamanı rus dilindən istifadəni məhdudlaşdırıb.

1xeber.media xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, yeni prosessual qaydalar çıxışlar üçün vaxt məhdudiyyətləri müəyyən edərək parlamentdə rumın dilini işçi dili elan edib.

Qeyd edək ki, əvvəllər rus dili millətlərarası ünsiyyət dili kimi təsnif edilirdi və sənədlər mütəmadi olaraq rus dilinə tərcümə olunurdu.