Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
1xeber.media xəbər verir ki, Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.
Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülür.
Qeyd edək ki, Ağdam və Xocavənd şəhərlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Ağdam şəhərinə 156 nəfərdən ibarət 41 ailə köçüb.