Вернуться назад Распечатать

Kreml xarici jurnalistləri parada buraxmadı

Kreml mayın 9-da Moskvada Qələbə Günü paradına əvvəllər verilmiş xarici media müxbirlərinin akkreditasiyasını ləğv edib.

1xeber.media xəbər verir ki, bu barədə "Şpigel" məlumat yayıb.

Məlumata görə, akkreditasiyasının ləğvi barədə redaksiyaya telefonla məlumat verilib.

"Almaniyanın ARD və ZDF telekanallarının jurnalistlərinin, "Skay"ın müxbirinin, Fransanın AFP agentliyinin, İtaliyanın "Rai" teleşirkətinin və Yaponiyanın NHK telekanalının əməkdaşlarının da akkreditasiyaları ləğv edilib", - məlumatda bildirilib.