Вернуться назад Распечатать

1535-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1535-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 144 279 PUA-sı, 659 zenit-raket kompleksi, 29 225 tank və digər zirehli texnikası, 1 717 reaktiv yaylım atəş sistemi, 34 830 artilleriya və minaatanı, 61 124 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.