Вернуться назад Распечатать

Azərbaycan millisi Rumıniyaya böyük hesabla uduzdu

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.

1xeber.media xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində qolu 45+2-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-16 millimiz növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək. Azərbaycan yığması ilk matçında Litvaya 1:4 hesabı ilə uduzub.