Вернуться назад Распечатать

Bakı-Xankəndi marşrutu üzrə gündəlik qatar marşrutu istifadəyə veriləcək

Bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq və infrastruktur quruculuğundan sonra yolun tam təhlükəsiz şəkildə istismara verilməsi nəzərdə tutulub.

1xeber.media xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və "Azərtac"a müsahibəsi zamanı deyib.

“Bundan əlavə, şimal istiqamətində elektrik və işarəvermə işləri bitdikdən sonra sərnişindaşıma coğrafiyamızın regionlararası istiqamətdə daha da genişləndirilməsi üçün gündəlik qatar marşrutunun açılması, eləcə də Bakı-Xankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi və digər regionlar istiqamətində qatarların coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulub”, - deyə ADY sədri bildirib.