Moskva rəsmi olaraq 9 May paradına heç kimi dəvət etməyib, lakin iştirak etmək istəyən hər kəsi qarşılayacağını bildirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı o, Moskvaya gəldiyi üçün ona təşəkkür edib.
"Biz rəsmi olaraq heç kimi dəvət etməmişik. Sadəcə olaraq, gəlmək istəyən hər kəsi görməkdən məmnun olacağımızı dedik", - Putin deyib.