Bu gün İranın Lorestan əyalətinin Kuhdəşt rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 07:43-də baş verən zəlzələ yerin 7 km dərinliyində meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.