Rusiyada maraqlı hadisə baş verib.
1xeber.media Publika.az-a istinadla xəbər verir ki, Blaqoveşçenskdə Qələbə Günü münasibəti ilə keçirilən parad daha çox evlilik təklifi ilə yadda qaldı. Şəhər administrasiyasının yaydığı məlumata görə, mərasim zamanı Uzaq Şərq Ali Hərbi Komandanlıq Məktəbinin elit bölmələrinin kursantlarından biri sevgilisinə evlilik təklifi edib.
Yayılan videoda əlində böyük bir gül buketi tutan və kursant yoldaşlarının əhatəsində olan bir gənc sevgilisindən onunla evlənmək istəyində olub-olmadığını soruşur və qızın qarşısında diz çökür.
"Üç, dörd, "hə" de!" -deyə gəncin kursant yoldaşları xorla qışqırıblar.
Təklif gənc qız üçün sürpriz olub. Lakin o, çox tərəddüd etmədən evlilik təklifini qəbul edib. Bunun ardınca üç dəfə "Ura" alqış səsi eşidilib.