Rusiya 2026-cı il üçün dəniz dronlarının genişmiqyaslı istifadəsini nəzərdə tutan böyük kampaniya planlaşdırmışdı. Lakin ilin əvvəlində “SpeysX” Kiyevin xahişi ilə ruslar üçün “Starlink” peyk rabitəsini blokladıqdan sonra bu planlar pozulub.
1xeber.media xəbər verir ki, bu barədə rabitə sistemləri üzrə ekspert, Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin əlində dəniz dronlarının effektivliyini gördükdən dərhal sonra onları kopyalamağa çalışıb:
“Ötən ilin yayına qədər rusların artıq işlək nümunələri yaranıb və avqust ayında düşmən Dunay deltası yaxınlığında “Simferopol” gəmisinə uğurlu hücum həyata keçirib. Bundan əlavə, Rusiya dəniz dronları Ukrayna sahilləri boyunca yerləşən obyektlərə qarşı başqa hücumlar da həyata keçirib.
Məhz 2026-cı il düşmənin ekipajsız katerlərdən kütləvi istifadə ili olmalı idi. Ancaq 2026-cı ilin əvvəlində “Starlink”in söndürülməsi bütün planları alt-üst etdi”.
“Texniki məhdudiyyətlər səbəbindən bu variantların bir qismi ümumiyyətlə işləməyib, digərləri isə həddindən artıq etibarsız və əlverişsiz olub.
Nəticədə məlum olub ki, Ukrayna sahilləri yaxınlığında dəniz dronları üçün yeganə effektiv rabitə kanalı
“Starlink” terminallarıdır. Lakin indi rusların bu texnologiyaya çıxışı yoxdur”.