İtalyanlar Putini Trampdan sonra dünyanın ikinci ən nüfuzlu siyasətçisi adlandırıblar.
İtalyanların fikrincə, Rusiya prezidenti Vladimir Putin dünyada ikinci ən nüfuzlu siyasətçidir. Bu barədə TASS Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) keçirdiyi ictimai rəy sorğusuna istinadən məlumat yayıb.
1xeber.media xəbər verir ki, Sorğunun nəticələrinə görə, italyanların 17 faizi Rusiya liderini ikinci ən nüfuzlu siyasətçi hesab edir. O, 16 faiz səs toplayan amerikalı milyarder İlon Maskı və 13 faizlə Roma Papası Fransiski qabaqlayıb.
Məlumatlara görə, sorğuda iştirak edən italyanların 39 faizi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı dünyanın ən güclü siyasətçisi hesab edir. Bununla belə, 38 faiz onun seçkilərdəki qələbəsini Avropa İttifaqı üçün pis xəbər hesab edib, 22 faiz isə respublikaçıların gələcək prezidentliyinin hazırkı beynəlxalq vəziyyətin yaxşılaşmasına kömək edəcəyinə ümid etdiyini bildirib.