Вернуться назад Распечатать

Akif İslamzadənin SON VƏZİYYƏTİ AÇIQLANDI

"Atamın vəziyyəti yaxşıdır, artıq özü durub gəzə bilir".

1xeber.media xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Akif İslamzadənin oğlu Ayxan İslamzadə deyib.

O qeyd edib ki, evə nə zaman buraxılacağı ilə bağlı həkimlər bu gün qərar verəcəklər. Dominos pizza

"Həkimlər əllərindən gələni edirlər. Özüm gündə iki dəfə yanında oluram - həm səhər, həm axşam. Bu gün də özü durub gəzir. Çox güman ki, bu gün axşam, yaxud sabah Akif müəllim evə qayıdacaq", - deyə A.İslamzadə bildirib.

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.