Вернуться назад Распечатать

Azərbaycanla Kanada arasında əlaqələr müzakirə edilib

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin Xarici Xidmət İnstitutunun (XXİ) baş direktoru Stefan Jobin ilə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Peşəkar əməkdaşlığın və dialoqun gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunub.

Bildirilib ki, ölkələr arasında əlaqələr də müzakirə edilib.