Вернуться назад Распечатать

Saransk hava limanında uçuş məhdudiyyətləri tətbiq edilib

Saransk hava limanında təyyarələrin hərəkəti məhdudlaşdırılıb.

1xeber.media xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti bu barədə mayın 12-də məlumat verib.

"Saransk hava limanı. Təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - Max mesajlaşma tətbiqindəki paylaşımda qeyd olunub.

Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.