Вернуться назад Распечатать

Elçin Eminov yenidən Avropa zirvəsində! - (VİDEO)

1xeber.media xəbər verir ki, Fransanın Lion şəhərində keçirilən Avropa çempionatında azərbaycanlı idmançı Elçin Eminov növbəti böyük uğuruna imza atıb. Təcrübəli idmançımız turnirdə rəqiblərini geridə qoyaraq 7-ci dəfə Avropa çempionu adını qazanıb.

Bu möhtəşəm nəticə həm Azərbaycan idmanı, həm də Eminovun uzun illər davam edən əzmkarlığının göstəricisi hesab olunur. Yarış boyunca yüksək performans nümayiş etdirən idmançımız final qarşılaşmasında da üstün oyun sərgiləyərək qızıl medal əldə edib.

Qeyd edək ki, Elçin Eminovun qazandığı bu növbəti çempionluq Azərbaycan bayrağını yenidən Avropa arenasında dalğalandırıb və idmansevərlər tərəfindən böyük qürurla qarşılanıb.