1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov 12 mayda bildirib ki, NATO Baltikyanı bölgədə gərginliyi artırır.
"Baltikyanı bölgədə təhlükəsizliyə gəldikdə isə, son aylarda gərginliyin artmasına ən çox Rusiya Federasiyası deyil, NATO ölkələrinin dəniz fəaliyyəti səbəb olub", - deyə o, brifinqdə bildirib.
Peskov həmçinin Almaniyanın sahillərində Rusiya gəmisi Severomorskın guya tapılması ilə bağlı Almaniya mediasının xəbərlərinə münasibət bildirməkdən imtina edib. O, sualı Rusiya Müdafiə Nazirliyinə ünvanlayıb, lakin əlavə edib ki, Rusiya donanması beynəlxalq normalara uyğun fəaliyyət göstərir.