ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında qorxulu anlar yaşayıb.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, çıxışı zamanı Tramp yaxınlıqdan uçan quşu dronla səhv salıb və bu, bir anlıq panikaya səbəb olub.
"Mən bunun dron olduğunu düşünürdüm; indiki vaxtda pilotsuz uçuş aparatları müxtəlif ölçülərdə istehsal olunur və çox dağıdıcı ola bilər", - deyə Tramp vəziyyəti izah edib.
Trampın səmaya həyəcanla baxdığı anlar isə kameraya düşüb.
ABŞ lideri əvvəllər də dronların yaratdığı təhlükəyə diqqət çəkmiş və bu texnologiyanın istənilən miqyasda istehsal edilə biləcəyini vurğulamışdı.