“Space” müstəqil teleradio şirkətində kadr dəyişiklikləri davam edir. Verilən məlumata görə, telekanalın icraçı direktoru Nəriman Əbdüləliyev bu gün vəzifəsindən uzaqlaşdırılıb. Məsələ ilə bağlı məlumatı jurnalist Arifə Əliyeva paylaşıb.
1xeber.media xəbər verir ki,Nəriman Əbdüləliyev artıq bu gün kollektivlə görüşərək onlarla vidalaşıb. Qeyd edək ki, o, Space TV-nin keçmiş baş direktoru Vado Karovinin kürəkənidir.
Vado Karovinin kanaldakı fəaliyyəti başa çatdıqdan sonra, Nəriman Əbdüləliyevin də tezliklə işdən çıxarılacağı media dairələrində gözlənilən addım kimi qiymətləndirilirdi.
Hazırda telekanalda rəhbər vəzifələrə yeni təyinatların olub-olmayacağı maraq doğurur./KONKRET.az