Вернуться назад Распечатать

Bu ərazilərdə qaz kəsiləcək

Qəbələnin bəzi ərazilərində qaz olmayacaq.

1xeber.media  xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə sabah saat 09:00-dən etibarən Qəbələ şəhərinin İ.Nəsimi, Z.Əliyeva küçələrinin, Vəndam qəsəbəsinin, Nohurqışlaq, Tüntül, Yengicə, Kötüklü kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

***

Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrinin, həmçinin Binə Sovxoz adlanan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.