Вернуться назад Распечатать

Azərbaycanda vəkillərin sayı 3 mini keçəcək

Vəkillik hüquqşünaslar üçün ölkəmizdə ən cəlbedici sahələrdən biridir.

1xeber.media xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı çıxışında bildirib.

O deyib ki, vəkillik təsisatı müstəqil peşə olmasına baxmayaraq, vətəndaşların hüquqi yardım almasında birbaşa iştirak edir: "Vəkil olmaq hər bir hüquqşünas üçün özünü təsdiq etmək deməkdir. Bu gün daha 64 namizəd təntənəli şəkildə and içərək, kollegiyanın sıralarına qəbul olacaq. Bununla da, ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2950 nəfərə çatacaq. Kollegiyada 3 min nəfər hüquqşünas birləşir. Yaxın zamanda ölkədə vəkillərin sayı 3 mini keçəcək",- deyə o qeyd edib.