Вернуться назад Распечатать

Lavrov Kiyevi Rusiyadakı yaşayış məntəqələrinə təxribatçı hücumlarda günahlandırdı

Ukrayna, xüsusən də son zamanlar Rusiyada hərbi obyektlərin olmadığı yaşayış məntəqələrinə qəsdən və şüurlu şəkildə təxribat xarakterli hücumlar həyata keçirir.

1xeber.media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu mayın 13-də bildirib.

Nazir qeyd edib ki, bu cür hərəkətlər məhz təxribat xarakteri daşıyır.

O, "Xüsusilə son zamanlar Ukrayna terrorçuları Rusiya ərazisində təxribatlar təşkil edir, hərbi obyektlərin olmadığı yaşayış məntəqələrinə pilotsuz təyyarələrini və raketlərini qəsdən hədəf alırlar", - deyə o, Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş RT India-ya verdiyi müsahibədə bildirib.