Вернуться назад Распечатать

Zelenski Ukraynaya edilən hücumlara münasibət bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin son 24 saat ərzində ölkəyə qarşı hücumlarına münasibət bildirib.

1xeber.media xəbər verir ki,  o, bu barədə özünün Telegram kanalında yazıb.

"Dünən gün ərzində 14 bölgəyə hücum edilib... Hərbçilərimiz bütün səviyyələrdə cavab verir", - deyə siyasətçi bildirib.

12 mayda Ukrayna Silahlı Qüvvələri Ukrayna sərhədindən 1200 kilometr aralıda yerləşən Orenburqa hücum edib. Ukraynanın pilotsuz təyyarələrinin zərbələri nəticəsində məktəbə, uşaq bağçasına və yaşayış binasına ziyan dəyib.

Qələbə Günü üçün elan edilən atəşkəs 12 may gecəsi başa çatıb. Üç gün ərzində Kiyev atəşkəsi təxminən 16.000 dəfə pozub.