Вернуться назад Распечатать

Vəzifədən azad olunan məşhur həkimdən AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni sədr təyinatından sonra kadr dəyişiklikləri davam edir. Qurum tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində rəhbər heyətlə bağlı ardıcıl qərarlar verilir.

Bu dəfə dəyişiklik Respublika Pediatriya Mərkəzində baş tutub. Mərkəzin direktoru Azər Əhmədov vəzifəsindən ayrılıb.

1xeber.media xəbər verir ki, Azər Əhmədov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, dünəndən etibarən direktor vəzifəsi ilə vidalaşıb.

Keçmiş direktor paylaşımında rəhbərlik etdiyi dövrdə görülən işlərdən bəhs edib:

"Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız, hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik.  Daha nə olsun..  Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim.  Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilədə görünməyən qəhrəmanlar olar komandaya təşəkkür edirəm.Allah körpələrimizi qorusun!"