Вернуться назад Распечатать

Prezident onu nazirin birinci müavini təyin etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Bu barədə 1xeber.media-ya ETSN-nin Mətbuat xidmətindən məlumat verilib.

Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.