Hindistanın şimalında baş verən şiddətli fırtına nəticəsində onlarla insan həyatını itirib.
1xeber.media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat dərc edib.
Qeyd olunur ki, fırtına, ildırım və yağışla əlaqəli hadisələr nəticəsində təxminən 89 nəfər ölüb. İnsanlar ağacların yıxılmasından və evlərin divarlarının çökməsindən, eləcə də ildırım vurmasından ölüblər.