Paytaxt Bakıda satılan ən ucuz 1 otaqlı mənzil Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşir.
Yeniavaz.com daşınmaz əmlak alanların və satanların ən çox müraciət etdiyi elan saytlarına istinadən xəbər verir ki, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən və 32 kv. metr sahəsi olan bu mənzil 15 min 500 manata təklif olunur.


Bakıda satılan ən bahalı 1 otaqlı mənzil isə Nəsimi rayonu ərazisindəki "Crescent Residences” kompleksində yerləşir. Ümumi sahəsi 88,6 kv. metr olan bu mənzilin satış qiyməti 1 milyon 479 min manat təşkil edir. Mənzilin 1 kv. metrinin qiyməti isə 16 min 700 manata bərabərdir.