Вернуться назад Распечатать

BƏƏ sahillərində gəmi ələ keçirildi, İrana aparılır

BƏƏ sahillərində ticarət gəmisi ələ keçirilib və hazırda İrana doğru üzür.

1xeber.media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

“UKMTO BƏƏ-nin Füceyrə şəhərindən 38 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb. Şirkətin təhlükəsizlik işçisi bildirib ki, gəmi lövbərdə olarkən naməlum şəxslər tərəfindən qaçırılıb və hazırda İranın ərazi sularına doğru üzür”, - məlumatda qeyd olunub.