Вернуться назад Распечатать

Bakı bulvarında dənizdə batma təhlükəsi olan qadın xilas edildi - Video

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib.


1xeber.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.