Mayın 14-də Rusiya ordusu Kiyevə raket və PUA-larla kütləvi zərbələr endirib.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, şəhərə PUA, ballistik və qanadlı raketlərlə zərbələr endirilib. Şəhərin 7 rayonunda dağıntı və yanğınlar qeydə alınıb.
Bildirilib ki, zərbələr nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə yaralanıb.
Paytaxtın Darnitski rayonunda yaşayış evi çöküb, dağıntılar altında qalanlar var.
***
Rusiya ordusunun Kiyevə raket və PUA-larla kütləvi zərbələri nəticəsində yaralıların sayı 40-a çatıb.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, yaralanların ikisi uşaqdır.
***
Rusiyanın gecə hücumu nəticəsində Kiyevdə 5 nəfərin öldüyü məlumdur.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyevdə 40-a yaxın insan yaralanıb:
“Hazırda Kiyevin Darnitski rayonunda axtarış-xilasetmə əməliyyatı davam edir, 10-dan çox insan itkin düşmüş sayılır”.