Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri yaxın vaxtlarda baş tutacaq.
1xeber.media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Yaxın vaxtlarda tarixi elan edəcəyik. Demək olar ki, hazırlıq tamamlanıb, son dəqiqləşdirmələr aparılır. Səfər çox yaxın zamanda baş tutacaq”, - Peskov bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çində səfərdədir.