Вернуться назад Распечатать

"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - Rəhbəri kimdir?

 

"SOLO SUN" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki,  şirkətin dövlət büdcəsinə olan ümumi vergi borcu hazırda 2 milyon 091 min 972 manat təşkil edir.

Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, ev 4, mənzil 4 olaraq qeyd edilən müəssisənin qanuni təmsilçisi Eltən Elcan oğlu Əzimovdur.

Şirkətin nizamnamə kapitalının cəmi 20 manat olmasına rəğmən, topladığı milyonluq borc öhdəliyi diqqətdən yayınmır.