Вернуться назад Распечатать

Şuşadakı bu 3 bina sökülə bilər

Nazirlər Kabineti Şuşa şəhərindəki üç qeyri-yaşayış binası ilə bağlı qərar verib.

1xeber.media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Şuşa şəhəri, Aslan Qaraşarov küçəsində yerləşən üç qeyri-yaşayış binası “Sökülməsi mümkün olan obyektlərin Siyahısı”na əlavə edilib.