Вернуться назад Распечатать

Ukrayna Rusiyanın bu vilayətini vurdu: ölənlər var

Ukrayna PUA-larla Rusiyanın Ryazan vilayətinə zərbələr endirib.

1xebe.media xəbər verir ki, bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.

O bildirib ki, hücum nəticəsində 3 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

Hücum nəticəsində iki çoxmənzilli yaşayış binasına ziyan dəyib.