Вернуться назад Распечатать

Kiyevdə ölənlərin sayı 24-ə çatdı

Kiyevdə 28 saatdan çox davam edən axtarış-xilasetmə əməliyyatları başa çatıb.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Hazırda 24 nəfərin həlak olduğu təsdiqlənib. Onlardan 3-ü uşaqdır. 48 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, mayın 14-də Rusiya ordusu Kiyevə raket və PUA-larla kütləvi zərbələr endirib.