Rüşvətxorluğa görə qiyabi olaraq məhkum edilmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Dmitri Senin ölkədən qaçıb.
1xeber.media xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Məlumata görə, keçmiş polkovnik inək dərisində gizlənərək ölkəni tərk edib.
O, iddia edib ki, 2017-ci ilin fevral ayında Timur Kudasovun adına pasportla Gürcüstana gedib, sonra geri qayıdıb və illərlə Moskvada gizlənərək adını təmizləməyə çalışıb. O, tez-tez görünüşünü dəyişir, bəzən əlil arabası və qoltuq ağacından istifadə edib.
2022-ci ildə ona cəbhəyə getmək şərti ilə "əfv" təklif edilib. Senin iddia edir ki, "axmaq və qeyri-peşəkar" adlandırdığı müharibədə heç vaxt iştirak etməyə hazırlaşmayıb. Bundan sonra o, Qazaxıstana qaçmağı planlaşdırmağa başlayıb. O, sərhəddə quraşdırılmış termal görüntüləmə cihazlarını keçməyin yolunu tapmağa çalışarkən keçmiş həmkarları ilə əlaqə saxlayıb.
Bunun üçün o, ölü inək cəsədindən istifadə edib. Keçmiş polkovnikin sözlərinə görə, fermerlər çox vaxt ölü inəkləri traktorla çıxarıb neytral zonaya atırlar.
Beləliklə, 2022-ci ilin sentyabr ayında ona qaz maskası və rezin geyim taxılıb, bundan sonra "yerli fermerlər" onu folqaya büküb, inək cəsədinə yerləşdirib, traktorla sərhəddən keçiriblər.
Bundan sonra Senin oranı tərk edərək təqaüddə olan qazaxıstanlı xüsusi xidmət zabitinin onu gözlədiyi yerə yollanıb.
4 sentyabr 2022-ci ildə Senin Monteneqroda həbs edildi. Rusiya onun ekstradisiyasını tələb etdi, lakin Monteneqro ona siyasi sığınacaq verildiyi üçün bundan imtina etdi.