Вернуться назад Распечатать

Əsmətxanım Məmmədovanın 85 illik yubileyi keçirilib

14 may 2026-cı il tarixində Bakı Dövlət Universitetində tanınmış şərqşünas alim Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi” mövzusunda Respublika Elmi Konfransı  keçirilib.

Qeyd edək ki, bu günə qədər Əsmətxanım Məmmədovanın fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyatına aid olmaqla, 200-dək məqaləsi ölkə daxilində və xaricində işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid tədqiqatı fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 2007-ci ildə çap etdirdiyi “Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu da onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kiçik və böyük həcmli kitabın mütərcimidir.

1xeber.media xəbər verir ki,təşkil olunan bu tədbirdə elm, ədəbiyyat sahəsinin tanınmış simaları iştirak edib.

Yubiliyarı təbrik edənlər arasında Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası “Onur” və “Altın yıldız” medallı, "Humay" Milli Mükafatı laureatı,  Qırğızıstan Respublikası  “Çingiz Aytmatov" adına medal sahibi, Qırğızıstan Təhsil Nazirliyinin "Altın qələm" mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, VİP Milan hospitalın sahibi, İş insanı, Türk dünyasının vətənpərvər şairəsi Xuraman xanım Muradova da olub.