1xeber.media xəbər verir ki, qızıl mükafatçılar sırasında millimizin Ağstafa rayonunun Göycəli kəndindən olan üzvü, Ələkbərov Tahir Samir oğlu da yer alıb. O, 75 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu adını qazanıb, yarışın ən yüksək kürsüsündən Dövlət Himnimizin sədaları altında üçrəngli Azərbaycan Bayrağını qürurla dalğalandırıb. 

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə, RİH başçısı qitə çempionunu Fəxri Fərman və hədiyyə ilə təltif edib, o cümlədən şəhid Ramiz Mustafayev adına Ağstafa Fudokan Karate-Do Mərkəzinin mənəvi  təsisçisi, şəhidin anası Mahnur Mustafayevaya və mərkəzin məşqçisi Samir Ələkbərova hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdirib.

Məlumat üçün qeyd edək ki, Ələkbərov Tahir Samir oğlu 10.09.2007-ci il tarixində Ağstafa rayonunun Göycəli kəndində anadan olub. O, 2013–2024-cü illərdə Ağstafa rayon Göycəli kənd tam orta məktəbində təhsil alıb. 2017-ci ildən etibarən Ağstafa şəhərində Şəhid Ramiz Mustafayev adına Ağstafa Fudokan Karate-Do Mərkəzində məşqçi Samir Ələkbərovun rəhbərliyi ilə karatenin fudokan üslubu üzrə məşğul olur. Bu illər ərzində rayon, regional, respublika və beynəlxalq yarışların qalibi olub. 2023-cü ildə Bolqarıstanın Kranevo şəhərində keçirilən 13-cü Shotokan Karate üzrə Avropa Çempionatının qızıl medalçısı olub. 2025-ci ildə Polşanın Pulavı şəhərində keçirilən fudokan karate üzrə 10-cu Dünya Çempionatında Azərbaycanın milli komandasının tərkibində gənc oğlanlar arasında qızıl medal qazanıb. Hazırda Xarkov Dövlət Universitetinin tələbəsidir.
Seymur Orucov Avropa çempionu ilə görüşdü - FOTOLARSeymur Orucov Avropa çempionu ilə görüşdü - FOTOLARSeymur Orucov Avropa çempionu ilə görüşdü - FOTOLARSeymur Orucov Avropa çempionu ilə görüşdü - FOTOLARSeymur Orucov Avropa çempionu ilə görüşdü - FOTOLARSeymur Orucov Avropa çempionu ilə görüşdü - FOTOLARSeymur Orucov Avropa çempionu ilə görüşdü - FOTOLAR