Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü münasibətilə qeyri-iş günlərinin tarixləri açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 may da qeyri-iş günü elan olunub.
Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq./Ölkə Az