ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə ikigünlük görüşünü uğurlu adlandırıb.
1xeber.media-nın məlumatına görə, bu barədə o, Ağ Evə döndükdən sonra jurnalistlərə deyib.
"Biz əla müqavilələr, əla ticarət sövdələşmələri bağladıq, əla münasibətlər qurduq. Bir çox şey baş verdi və siz onlar haqqında eşidəcəksiniz. Amma bu, böyük bir uğur idi”,- deyə Tramp bildirib.